Paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı ən yaxşı foto və video-süjet müsabiqəsinə yekun vuruldu

IMG 9371 

Bu gün aprel ayının 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı “Azadİnform” İnformasiya Agentliyinin martın 3-də elan etdiyi paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı “Ən yaxşı foto və video-süjet” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən “Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, hamı üçün açıq olan müsabiqəyə göndərilən foto və videoların sayına heç bir məhdudiyyət qoyulmayıb. Onun sözlərinə görə çəkilən foto və video-süjetlərin əsas mövzusu sürət həddinin aşılması, avtomobillərin bir-biri ilə yarışa çıxması, qanunsuz parklamalar, sürücülərin tullantıları yolun ortasına atması və s. olub.

N.Niftiyev bildirib ki, bu cür yarışmaların keçirilməsində məqsəd sürücülük mədəniyyətinin səviyyəsini yüksəltməkdir. Baş redaktor qeyd edib ki, müsabiqəyə təqdim olunmuş foto və video-süjetlərdə qayda pozan sürücülər ilk növbədə özlərinə kənardan baxmaq imkanı əldə edirlər: “Ümüd edirik ki, bundan sonra həmin sürücülər sükan arxasında daha diqqətli və mədəni olmağa çalışacaqlar”.

Tədbirdə çıxış edən “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İsgəndər Quliyev bildirib ki, hər gün həyatımız üçün təhlükə yaradan, yol hərəkəti iştirakçılarına stress yaşadan bu cür sürücülərlə mübarizə aparaq lazımdır. Onun sözlərinə görə, artıq hər kəs dərk edib ki, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısını yalnız cərimə və sərt cəzalarla almaq mümkün deyil: “Bu işdə təbliğat və maarifləndirmə ən güclü vasitədir. Ümid edirik ki, bu cür müsabiqələr yol hərəkəti qaydalarının pozulması istiqamətində fayda verəcək”.

Qeyd edək ki, sonda 4 qalibə (Yeganə Süleymanova – qhtxeber.az, Ruslan Xəlilov - “Gündəlik Teleqraf”, Elşən Şirbağırov - İTV Carçıfilm, rejissor assienti, Mithət Abdullayev – müstəqil jurnalist) təşkilatçılar tərəfindən mobil telefon, “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən isə hər bir qalibə hədiyyə paketi ilə təltif olunublar.

IMG 9373

IMG 9383

IMG 9386

IMG 9388

IMG 9393

IMG 9397

NOPARKİNG.AZ