“Paytaxt yollarında təhlükəsizlik” adlı aylığa start verilir

reyd dyp1

“Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadİnform” İnformasiya Agentliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə növbəti layihəyə start verib. Layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtımızda dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçiriləcək.

Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin də iştirak edəcəyi reydlər zamanı baş verənlər mediada öz əksini tapacaq.

Sonda maarifləndirmə işində fəal iştirak edən DYP əməkdaşlarının adları müəyyən ediləcək.

Qaliblərin mükafatlandırılması mərasimi iyun ayının 2-də Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.

reyd dyp2

Xüsusi qeyd:

Yol qəzalarının sayının artmasının əsas səbəblərindən biri cəmiyyətdə hökm sürən mənəvi-psixoloji durumun lazımi səviyyədə olmamasıdır. Paytaxt küçələrində sürücülük mədəniyyəti olduqca aşağı səviyyədədir. Bu gün yollarda qarşılaşdığımız tıxac, qanunsuz parklama, sürət həddini aşma kimi problemlər həm cəmiyyət, həm də Kütləvi İnformasiya Vasitələri üçün aktual mövzuya çevrilib.

Ümid edirik ki, əsas missiyası nəqliyyat vasitələrinin idarəsi və sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində maarifləndirmə aparmaq, həmçinin ictimaiyyəti yollarda yaşanan problemlər və tətbiq edilən yeniliklər barədə məlumatlandırmaqdan ibarət olan “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatın təşkil etdiyi bu cür layihələr yollardakı hərc-mərcliyi aradan qaldırmaqda öz bəhrəsini verəcəkdir.

NOPARKİNG.AZ