Kütləvi qayda pozuntuların səbəbi

zapre2

Biz hər gün yol hərəkəti qaydalarının pozuntusuna şahid oluruq, bəzən belə pozuntular kütləvi xarakter alır. Bəs bunların səbəbi nədir. Bəzən bu faktoru mədəniyyət, tərbiyə və savadsızlıq ilə əlaqələndirirlər. Təbii ki, bu faktorlar da vacibdir, amma bu gün kütləvi qayda pozuntuları ilə nəticələnən cəmiyyət davranışına sosioloji izah verməyə çalışacağam.

Sosiologiyanın “Sındırılmış Pəncərə Nəzəriyyəsindən” danışaq. Nümunə kimi müəlliflər sındırılmış pəncərələri misal olaraq göstərmişlər: belə ki əgər bir evdə sındırılmış bir şüşə dəyişdirilməsə sonda bu evdə sağlam şüşə qalmayacaq, daha sonra isə soyğunçuluq başlayacaq və həmin ərazidə kriminogen vəziyyət qısa bir zamanda pisləşəcək.

Eyni davrananış insanların nəqliyyat vərdişlərinə də aiddir. Hər bir cəmiyyətin təxminən 10%-i qayda qanunlara hörmətlə yanaşmayan və onları pozmağa meyl edən adamlar var, cəmiyyətin digər 10%-i isə qaydalara hörmət edən və onlara əməl edən olur. Yerdə qalan 80% vəziyyətə və şəraitə uyğun hərəkət edir. Məsələn bir sürücü parklanma qaydalarını pozursa və adekvat tənbeh almırsa tezliklə həmin yer bir çox maşınlarla parklanmış olacaq və heç bir nişan vəziyyəti düzəltməyəcək.

Bu vəziyyətdən çıxış yolu iki çıxış yolu var və eyni zamanda icra olunmalıdır:

1) şəhərdə infrastruktur elə qurulmalıdır ki, qayda pozmaq fiziki olaraq çətin olsun. Məsələn, əgər küçədə 60 km/s sürət məhdudiyyəti varsa belə küçə enli və ox kimi düz olmamalıdır. Belə yerlərdə nəqliyyat axınının sakitləşdirməsi alətləri olmalıdır (svetofor, süni daralmalar, səki səviyyəsinə qardırılmış keçidlər və sair;
2) Qayda pozuntularına nəzarət elə olmalıdır ki, heç bir qayda pozmuş insan cəriməsiz qalmasın. Hal hazırda Polis tərəfindən qayda pozuntularının qarşısın alınması və onların tənbeh edilməsi effektiv təşkil edilməyib. DYP patrulları bəzən yüksək cərimələri olan qayda pozuntularına cərimə yazmağa üstünlük verirlər. Kütləvi xarakter almış dayanma durma qaydalarına qarşı tədbirlər isə olduqca qeyri səmərəli təşkil edilib.

Автор: Huseyn Abdullayev